Aliya Bayramova
Ölü doğulmuş, 2023
Qarışıq media: sümüklər, süni saç, orqanik materiallar, montaj köpüyü, rezin, keramika, mum; 200×160 sm
Ölü doğulmuş işi qadınlıq, analıq və qızlığın qəliz qobeleninə həsr olunub, onun vasitəsilə sənətkar reallığa xas olan dualizmin ağrılarını açıqlayır, insanın daima dəyişkən dünyaya uyğunlaşması yönündə aparılan mübarizəni göstərir. İş dualistik qarşılıqlar toruna dalıb, insanın ağrı dolu təcrübəsinə xas olan cəfəngiyatın eyni zamanda qəbul və rədd edilmə paradoksuna istiqamətlənir. İşlərin ayin simvolizmi reallıqla qavrayış arasındakı sərhədləri götürüb həyatın müvəqqətiliyini və incəliyini vurğulayır.