Dilarə Tağıyeva

Vulvanın hekayəsi, 2024

Metal profil, metal setka, ağac; 220 x 150 x 55 sm

Vulva. Bu hekayənin yaşı yüz minlərlə ildən çoxdur. Bu hekayə sevgi haqqındadır. Bir qadın haqqında. Ana haqqında. Qız haqqında. Bacı haqqında. Sevgili haqqında. Həyat haqqındadır.
Bu hekayə Güc haqqındadır. Mübarizə haqqında. Tənhalıq haqqında. Kədər haqqında.
Rədd olunmaq haqqında. Xəyanət haqqında. İztirab haqqında.
Bu hekayə həyat haqqındadır. Özümüz ilə tanış olma haqqında. Sirlər haqda.
Susma haqqındadır. Utancaqlıq haqqında. Bizim başqalarında davam olunmağımız haqqındadır. Birlik haqqındadır.
Analıq haqqında. Yaşayan uşaqlar haqqında. Sevinc haqqında.
Məyusluq haqqında.
Ölən uşaqlar haqqında. Kədər haqqında. Peşmanlıq haqqında. Günahkarlıq hissi
haqqında.
Daxilində minlərlə hekayə olan ağrı haqqındadır.
Bu hekayə dostluq haqqındadır. Birgə yaradıcılıq haqqında. Gülüş haqqında. Qəbul olunmaq haqqında. Birlik haqqında.
Bu hekayə nəvaziş haqqındadır. Yumşaqlıq haqqında. İncəlik haqqındadır. Sevinc
haqqında. Həzz haqqındadır. Həyacanlıq haqqında.
Bu hekayə utanc haqqındadır. Böyük qorxu haqqında. Təhqir haqqındadır.
Görünüş haqqındadır. Gözəllik standartlarına sığışma/maq haqqında.
Bu hekayə baxanların yöndəmsizlik hissi haqqındadır. Maraq, qəribəlik, qorxu, günah haqqındadır. Ağıllardakı və bədənlərdəki şəhvət haqqındadır.
Əxlaq normalarına sığışma/maq haqqındadır.
Bu hekayə zülm haqqındadır. Nəzarət, zorakılıq, təzyiq, qətl haqqında.
Səsimizin ifadəsi haqqındadır.
Tərəddüd haqqında. Lağaqoymaq və lağaqoyulmaq haqqında. Cahillik haqqında.
Dözümlülük haqqında. Qəzəb haqqında. Müqavimət və mübarizədə haqqındadır.
Kömək fəryadları haqqında. Sevgi fəryadları haqqında. Ümid fəryadları haqqında. Bu hekayə ümid haqqındadır. İnanc haqqında. İşıq haqqında. Şəfalanma haqqında. Qədim yaddaşın canlanması haqqında.
Bu hekayə bizim fərqliliyimiz haqqındadır.
Bizim haqqımızdadır. Gücümüz haqqında. Gözəllik haqqında. Həyətdan həzz alma
haqqımız haqqındadır. Ekstaz haqqındadır. Həyatın mənşəyi haqqında. Qayğı
haqqında. Müdafiə haqqında. Sevgi haqqında.
Bu hekayə bədənimizin, ağlımızın və şüurumuzun edə biləcəyi inanılmaz dəyişikliklər haqqındadır.
Bədənimizin müqəddəsliyi haqqındadır.
Ruhun müqəddəsliyi haqqındadır.
Qadının müqəddəsliyi haqqındadır.
Kişinin müqəddəsliyi haqqındadır.
İnsanın müqəddəsliyi haqqındadır.
Seksuallıq haqqındadır.
Bu hekayə sevginin müxtəlif forma və formatları haqqındadır.
Tanrıya sevgi haqqındadır.
Həssaslıq haqqındadır.
Utanc haqqında.
Günahkarlıq hissi haqqındadır.
Günah haqqındadır.
Doğuluş haqqındadır.
Ölüm haqqındadır.
Bu, insanlıq haqqında bir hekayədir.
Bu hekayə mənəm.
Bu hekayə sənsən.
Bax.
Nə görürsən?

Scroll to Top