Press Reliz

© Altynai Osmoeva

Bakıda və Londonda yerləşən “Gazelli Art House” beynəlxalq incəsənət qalereyası və Bakıda fəaliyyət göstərən incəsənət və media platforması “VarYox” qadınların sənət təcrübəsinə həsr olunmuş bir ay davam edəcək festivala ev sahibliyi edəcək. Layihənin “Her Art in Action” adlı ilk hissəsində “Qadın baxışı: Özümüzü və Bir-birimizi Görmək” mövzusu nümayiş olunacaq. Festival 8-31 mart tarixləri arasında Gazelli Art House-da baş tutacaq. Festival sərgidən, həmçinin iştirak edən rəssamlar və onların işləri ətrafında bir sıra seminarlar, ictimai söhbətlər və tədbirlərdən ibarət olacaq. Festivalın məqsədi azərbaycanlı qadın rəssamların əsərlərini yeni tamaşaçılara təqdim etməklə onların peşəkar inkişafına dəstək olmaqdır.

Sərgidə müraciətləri qəbul olunmuş 13 azərbaycanlı rəssamın əsərləri nümayiş olunacaq.

Festivalın dəstəyi ilə hazırlanmış əsərlər, qadınların həyatının incəsənətdə təsviri mövzusunda əsərlərini nümayiş etdirmək üçün dəvət olunmuş tanınmış gürcü, qazax və qırğız rəssamlarının əsərləri ilə birgə sərgilənəcək. Əsərlər qalereyanın üç mərtəbəsində sərgilənəcək və bunlara rəsmlər, videolar, performanslar və instalyasiyalar daxildir.

Kuratorlar Sitara İbrahimbəyli, Lesli Qrey və Olqa Seleznyova kuratorluq çərçivəsində daha geniş regionu əhatə edən qadın problemləri ilə bağlı dialoq yaratmaq niyyətindədir.

Sərgidən əlavə, azərbaycanlı rəssamlarının təcrübələrini təkmilləşdirmək üçün beynəlxalq fotoqraflar tərəfindən iki fotoqrafiya vorkşopu keçiriləcək. Festival iştirakçıları, həmçinin beynəlxalq kurator tərəfindən portfelləri haqqında rəy almaq, eləcə də qonaq rəssamlarların ictimai müzakirələrdən həzz almaq şansı əldə edəcəklər.

Festivalın bir aylıq müddəti ərzində 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin uşaqları onların istedadlarını ruhlandırmaq və inkişaf etdirmək üçün nəzərdə tutulmuş zəngin tədbirlərdə iştirak edəcəklər. Festivaldakı bu cəlbedici təcrübələrindən sonra bu həvəsli gənc dizaynerlər və rəssamlar Nine Senses İncəsənət Mərkəzində öz yaradıcılıqlarını və orijinal əsərlərini nümayiş etdirəcəklər. Sərgidə onların sənət əsərlərinin nümayişi, eləcə də podiumda moda dəfiləsi keçiriləcək.

Sitarə İbrahimbəylinin rəhbərlik etdiyi VarYox 2018-ci ildə yerli rəssamlar tərəfindən əsası qoyulan ilk Azərbaycan və İngilis dilli incəsənət və mədəniyyət platformasıdır. Onların missiyası azərbaycanlı rəssamların əsərlərini həm sosial, həm də incəsənət aktivizmini birləşdirərək nümayiş etdirməkdir. VarYox-un əsas məqsədlərindən biri mədəniyyətin bizi birləşdirən ümumi dəyər olduğunu ifadə etməkdir.

Bu layihə Red Hearts, Pasha Travel, Niderlandın Azərbaycandakı Səfirliyi və Almaniya Səfirliyi tərəfindən dəstəklənir.

Festival son illərin durğun tendensiyalarını müsbət istiqamətdə dəyişmək niyyəti ilə Azərbaycanda incəsənət ilə məşğul olan qadınları dəstəkləmək məqsədi daşıyır. Gəlin ilham verək və ilhamlanaq.

Ev sahibi və kurator tərəfdaşı kimi Gazelli Art House Baku tədbirlərin keçirilməsi üçün əsas məkandır. Həmçinin Gazelli Art House Baku tərəfindən ictimaiyyətə sərgini ziyarət etmək və rəssamlarla görüş üçün əlavə imkanlar veriləcək.

İştirak edən rəssamlar:

  • Aida Adilbekova / Qazaxıstan
  • Sabiha Çimen / Türkiyə
  • Altynai Osmoeva / Qırğızıstan
  • Daro Sulakauri / Gürcüstan
  • Fidan Abilova / Azərbaycan
  • Aliyə Bayramova / Azərbaycan
  • Lali Binyatova / Azərbaycan
  • Kafiyə Eyvazova / Azərbaycan
  • Fidan Hümbətli / Azərbaycan
  • Ülviyya İman / Azərbaycan
  • Sitarə Ibrahimbəyli / Azərbaycan
  • Rufana Mamedova / Azərbaycan
  • Nəzrin Məmmədova / Azərbaycan
  • Aytəkin Mirişova / Azərbaycan
  • Regina Rzayeva / Azərbaycan
  • Dilarə Tağıyeva / Azərbaycan
  • Nigar Zeynallı / Azərbaycan
Scroll to Top