Her Art in Action
Mənzərəyə Açılan Ev
8 Mart – 31 May
“Her Art in Action” festivalının 2026-cı il buraxılışının mövzusu olan “Mənzərəyə açılan ev” rəssamları qadın təcrübəsi çərçivəsində “ev” anlayışını necə yaratdıqlarını, müəyyənləşdirdiklərini, yenidən formalaşdırdıqlarını və meydan oxuduqlarını araşdırmağa dəvət edir. Mövzu qadınların məişət məsuliyyətlərindən kənarda özlərinə məxsus bir məkan yaratmaq ideyasından ilham alaraq, ictimai və şəxsi həyat arasındakı ziddiyətlər üzərində düşünmək imkanı yaradır. Bu kontekstdə “ev” qadınların özləri üçün məkan yaratmaq, bu məkanı tənqid etmək, mənimsəmək və ya geri qazanmaq cəhdlərini düşünülmüş şəkildə araşdırmaq üçün bir platforma rolunu oynayır.
“Ev” neytral anlayış deyil; o, ailə, nostalgiya, bilik, həsrət, gözləntilər, ekoloji məsuliyyət və icma fəallığı kimi ziddiyyətli qatlarla yüklənmişdir. Biz rəssamları “ev” anlayışını formalaşdıran çoxsaylı qüvvələri, məsələn, torpaq mülkiyyəti, məcburi köç və miqrasiya kimi perspektivləri düşünməyə təşviq edirik. “Ev” hər zaman fiziki məkan olmur — o, bəzən bir ritual, münasibət, xatirə və hətta bədən kimi də çıxış edir. Biz ən şəxsi səviyyədən ən geniş perspektivə qədər “ev” anlayışının bütün incəlikləri ilə rəssamlar üçün nə ifadə etdiyini bilmək istəyirik. Ən gözlənilməz yerlərdə və münasibətlərdə “ev”in necə yaradıla biləcəyi barədə düşünməyə dəvət edirik.
Kuratorlar: Lesli Qrey, Sitara İbrahimbəyli, Məhinbanu Səfixanlı
Rəssamlar
Aydan Salahova
Ayten Abdullayeva
Deniz Pehlivaner
Dikarka
Dora Sarıkaya
Gözde İlkin
İnes Sistiaqa
Kafiyə Eyvazova
Leyla Ağadıyeva
Leyla Əliyeva
Leyla Qabulova
Leyli Ələkbərova
Məryəm Yusifəliyeva
Natavan Rəhimova
Nəzrin Məmmədova
Nilufər Musayeva
Pəri Abbaslı
Rehab Eldalil
Sabina Muxudinova
Səidə Mirzəyeva
Şəlalə Salamzadə
Sitara İbrahimbəyli
Tati Səttar
Umay Abdullayeva
Yana Xaraşo
Yekaterina Obuxovskaya
Zərif Bəkirova
Tədbirlər
(Yalnız dəvətlilər üçün)
İctimai tədbir

Portfolio müzakirəsi: "Müasirləşmədən cinsiyyət perspektivlərinə: Türkiyədə Qadın Rəssamlar" (Qeydiyyat tələb olunur)

İctimai çıxış: "Yaddaşın İpləri: Məişət Həyatı və Müqavimət"

Vörkşop - "Müqavimətin Parçaları" (Qeydiyyat tələb olunur)

İctimai çıxış: "Qadın rəssamlar və Türk incəsənəti: tarixi inkişaf və müasir perspektivlər"

İctimai çıxış: "Məkan və kimlik arasında: Aydan Salahovanın “ev” ilə dialoqu". Moderator: Lesley Gray.

Portfolio müzakirəsi (Fotoqraflar üçün, Qeydiyyat vacibdir)

Vörkşop - Kitab hazırlanması (Fotoqraflar üçün)
(Yalnız dəvətlilər)

İctimai çıxış: “Yolu yarımçıq qalmış qəribin həsrəti” layihəsinin onillik yaranma prosesi

Vorkşop: "Uzunmüddətli və şəxsi vizual ifadə layihələrinin hazırlanmasında vacib məsələlər" (Qeydiyyat vacibdir)

İctimai çıxış: Yaradılmış reallıqlar

İctimai çıxış: Yaşayan irs: Obyektlər, hekayələr və yaddaş (Dəqiq tarix və vaxt tədbirə yaxın günlərdə paylaşılacaq)
Müzakirəçilər:
- Lesli Qrey
- Nəzrin Məmmədova
Dəqiq tarix və vaxt tədbirə yaxın günlərdə paylaşılacaq