Evin altı halı, 2026
Performans, video
Rejissor: İskra Tarrant
Bu layihə Azərbaycan dilində ismin altı halından (adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq) ilhamlanır. Hər hal, bir varlığın və ya məkanın dəyişən vəziyyətini, münasibətini və yönünü ifadə edir. Performansda “ev” sözü mərkəzi obraz kimi seçilir – həm fiziki məkan, həm də daxili hisslərin metaforası olaraq. “Ev” sözünün altı halı – ev, evin, evə, evi, evdə, evdən – altı fərqli performerlə səhnəyə gətiriləcək. Hər performer bu hallardan birini təmsil edərək, “ev” anlayışının semantik və hissi transformasiyasını canlandıracaq. Evin obrazı zamanla dəyişəcək:
hüzur və xoşbəxtlik məkanı olan “ev” tədricən bağlılıq, məhdudiyyət və həbs simvoluna çevriləcək. Beləcə, tamaşa evin sevgi dolu sığınacaqdan, nəzarətin və qorxunun məkanına çevrilmə prosesini poetik formada göstərəcək