Tübxanım Orucova

Tübxanım Orucova (Mentor) & Ələmdar Axundov, Elşən Qədimov (Şagirdlər)
Hər şey yaxşı olacaq, 2026
Xalça
40 × 40 sm

Orucova Tübxanım 11 saylı internat məktəbinin şagirdləri ilə birlikdə ərsəyə gətirdiyi bu xüsusi xalça Azərbaycan Hava Yollarının (AZAL) təyyarə qəzasında həlak olan vətəndaşlarımızın xatirəsinə həsr olunmuşdur. Xalçada təyyarənin eskizi incə ilmələrlə işlənmiş, fonunda isə Azərbaycan bayrağı yer almışdır. Kompozisiyada “Hər şey yaxşı olacaq” ifadəsi ümid və inam rəmzi kimi toxunmuşdur.

Bu əl işi həm faciənin kədərini, həm də xalqımızın birliyini və gələcəyə ümidini özündə əks etdirir. Müəllimə və şagirdlərin birgə zəhməti ilə hazırlanan xalça, xatirəyə ehtiramın və milli ruhun sənət dili ilə ifadəsidir.

Scroll to Top