Səsin portreti, 2026
Səs instalyasiyası
Müddəti: 7 dəq. 46 san.
Bu iş “ev” anlayışını yaddaşda formalaşan akustik təcrübə kimi araşdıraraq, səsdən yaradılmış bir portret təqdim edir. Ev yaddaşımızda təkcə görünüşü ilə deyil, səsləri ilə də qalır. Gündəlik və adiləşmiş səslər ev kimi tanınan səslərə çevrilir. Burada Bakı kollektiv və şəxsi xatirələrin bir-birinə qarışdığı səs mənzərəsi kimi təqdim olunur. Instalyasiya bu səslər vasitəsilə meditativ dinləmə təcrübəsi yaradır. Bu səs meditasiyası vizual təsəvvür və şəxsi xatirələri aktivləşdirərək, dinləyicini səs və yaddaş vasitəsilə formalaşan “ev” anlayışına yönəldir.