Səidə Mirzəyeva (Mentor) & Zivər Valehova, İsa Quliyev, Nurlan Rüstəmzadə, Elton Ağayev (Şagirdlər)
Görünən və əks olunan ev, 2026
Taxta kəsmə və formalaşdırma, cızma, boyama texnikası, muncuq aplikasiyası, qarışıq texnika.
80 × 80 cm
Bu əsər ev anlayışını yalnız fiziki məkan kimi deyil, həm də münasibətlər və qarşılıqlı əks olunma üzərində qurulan mənəvi məkan kimi araşdırır. Kompozisiyanın mərkəzində yerləşən güzgü tamaşaçını əsərin bir hissəsinə çevirir.
Güzgünün ətrafındakı taxta gül formaları fərdlərin birlikdə yaratdığı sistemi simvollaşdırır. Əsərin kənarı isə türk ornamental ənənəsindən götürülmüş iki motivlə çərçivələnib: onlardan biri sürəklilik və davamiyyəti, digər forma isə ailə birliyini ifadə edir.
Beləliklə, “Görünən və əks olunan ev” ev anlayışını birlik, davamlılıq və paylaşım üzərində qurulan canlı bir sistem kimi təqdim edir.