Eyni damın altında, 2026
İnstalyasiya
Taxta, tempera
100 x 150 sm
Eyni damın altında instalyasiyası dünyanı ortaq bir ev kimi dərk etmə ideyasına əsaslanır. Əsər planetimizi birlikdə paylaşan bütün canlılar – insanlar, heyvanlar, quşlar və təbiət – arasında birgəyaşayış və bərabərlik anlayışlarını araşdırır. İş taxtadan hazırlanmış dam formasında qurulub və bu forma ümumi sığınacağı simvollaşdırır. Damın altında izləyicilərin başı üzərində müxtəlif canlıları təmsil edən taxta fiqurlar asılıb. Bu fiqurlar illustrativ xalça naxışlarından ilhamlanan vizual dildə işlənərək Azərbaycan və dünya ənənəvi ornamental irsinə istinad edirlər. Bütün canlıları iyerarxiyasız şəkildə eyni dam altında bir araya gətirən instalyasiya izləyicini ətraf-mühitlə münasibətini yenidən qiymətləndirməyə, ortaq məsuliyyət, tarazlıq və hər bir canlının bu evdə mövcud olmaq, nəfəs almaq və böyümək haqqı üzərində düşünməyə dəvət edir.
Rəng həlli: Türkan Qasımova