Natavan Rəhimova

Həyat dövrü, 2021

Fotoinstalyasiya

Parça, rəqəmsal çap

150 x 400 sm

Rəssam üçün ev övladlarının olduğu yerdir. Bu ev həm xaricdə, həm də insanın daxilində mövcuddur. Onlar dünyaya gəldikləri anda ətrafdakı bütün məkanı doldururlar. Siz onlara öz həyatınızın baxış bucağından baxırsınız. Onlar böyüdükcə sizin baxış bucağınızdan kənara çıxmağa başlayırlar. Ayrılır, özləri olur, müstəqilləşirlər. Və siz onları sərbəst buraxmağı öyrənirsiniz. Xarici evdə tutduqları yer getdikcə azalır,amma sizin daxili evinizdə əbədi qalırlar. İnsan həyatının məqsədi bir tam dairəni başa vurmaq,dəyişmiş, zənginləşmiş, dərinləşmiş şəkildə başlanğıca qayıtmaqdır – əbədiyyətə hazır şəkildə. Bu əsər belə bir dairənin hekayəsidir: sevginin yeni sevgini yaratması, evimizi əbədi etməsinin hekayəsi.

Scroll to Top