Leyla Ağadıyeva

Yaddaşın lentləri, 2026

İnstalyasiya

137 x 74 x 12,5 sm

“Yaddaşın lentləri” instalyasiyası rəssamın uşaqlıq xatirələrindən ilhamlanıb. Onun üçün evində saxlanılan köhnə video kasetləri keçmişin, ailə tarixinin, formalaşma dövrünün simvoludur. Bu layihə həmin kasetlərdən material kimi istifadə edərək, xatirələrə qayıdışın vizual hekayəsini yaradır.

Instalyasiya köhnə video kasetlərdən tikilmiş kiçik, iki mərtəbəli bir ev şəklindədir. Burada kasetlər evin divarları və struktur elementləri kimi fəaliyyət göstərir. İşığın keçməsi üçün müəyyən yerlərdə qəsdən boşluqlar qoyulub. Bu boşluqlar zamanın sızmasını və yaddaşın parçalanmış, lakin parlaq təbiətini simvollaşdırır. Evin pəncərəsinə yerləşdirilmiş monitorda Leylanın uşaqlığının video görüntüləri göstərilir.

Yaddaşın lentləri insanın keçmişinə açılan kiçik, amma emosional bir qapıdır. Video kasetlər vasitəsilə yaddaş material forma alır və izləyiciyə həm nostalgiya, həm də daxili sakitlik hissi yaşadır. Evin strukturu video kasetlərdən qurulduğu kimi, insanın daxili evi də yaddaş və keçmişin fraqmentlərindən qurulub. Ev sadəcə fiziki məkan deyil, həm də xatirələrdən ibarət daxili memarlıqdır.

Scroll to Top