Səbinə Şıxlinskaya

Səbinə Şıxlinskaya

Hər şey yaxşı olacaq, 2025

Multimedia instalyasiya

Mənim işim sadəcə xatirəyə hörmət deyil, terrora və günahsız insanları qətlə yetirənlərə etirazdır. Bu şəxslər cəzalandırılıb və cəzalandırılacaq. Bizim məsuliyyətimiz xatırlamaqdır. Yaddaş insanlarda olan ən güclü şeydir. Yaddaş zamandan və ölümdən daha güclüdür.

Yaddaş yeni həyatın başladığı yerdir.

“2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi Rusiyanın “Pantsir” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Həmin gün sistem Qroznıya pilotsuz təyyarələrin hücumunu dəf etmək üçün yerləşdirilib və nəticədə təyyarə zədələnərək idarəetməni itirib.

Ekipajın peşəkarlığı sayəsində təyyarə çoxlu sayda insanın həyatını xilas edərək təcili eniş edə bilib. Pilotların fədakarlığı və qəhrəmanlığı olmasaydı, bu faciədən sağ qalanlar olmazdı. İki pilot və bir təyyarə bələdçisi də daxil olmaqla ekipaj üzvləri ölümündən sonra “Milli Qəhrəman” adına layiq görülüblər.

Yaşamaq şansının çox az olduğunu bilən təyyarə bələdçisi Hökumə Əliyeva ömrünün son saniyəsinə qədər əsl qəhrəman kimi davrandı. Sərnişinləri sakitləşdirməyə çalışaraq xaosun yaranmasının qarşısını aldı və onlara ümid aşıladı.

Qəzadan öncə onun son sözləri bu oldu: “HƏR ŞEY YAXŞI OLACAQ”.