HER ART IN ACTION
Xəyal Etmək Azadlığı
Qadın Baxışı: Nə Xəyal Edirsən?
Daxili Həyatımızı Təsvir Etmək
9 Mart – 6 Aprel
Her Art in Action sərgisinin 2025-ci il buraxılışı qadınların xəyallarını necə təsvir və ifadə etdiyini araşdırır. Ailə, təhsil, ev həyatı, iş və cəmiyyətlə bağlı gözləntilərlə üzləşən qadınlardan başqaları tərəfindən bir çox rolu yerinə yetirmələri tələb olunur. Sərgidə əsərləri təqdim olunan rəssamlar müxtəlif şəraitlərdə və həyatın müxtəlif mərhələlərində olan qadınların xəyallarını araşdıraraq, şəxsi istəklərin və xarici təzyiqlərin kəsişmə və birləşmələrini göstərirlər. Onlar, həmçinin qadınların fərdi və kollektiv gələcəklərini və bu gələcəklərdəki rollarını necə gördüklərinin nüanslı portretini yaradırlar.
Rəssamlar hər bir portretdə ömür boyu yaşanan mürəkkəb daxili mübarizələri və onların düşüncələrdə, hisslərdə və hərəkətlərdə necə təzahür etdiyini ifadə edirlər. Əksər hallarda bu mübarizələr öz həllini tapmır; daxili və xarici dünyalar arasındakı gərginlik davam edir və hətta ən çətin vəziyyətlərdə belə qadınlar öz güclərini başqaları ilə bölüşərək, qayğı, sevgi və fədakarlıq nümayiş etdirirlər.
Kuratorlar – Ayna Moazzen və Lesli Qrey
Rəssamlar
Aliyə the Mushroom
Arzu Cəbrayılova
Ayten Abdullayeva
Cəmilə Əhmədova
Dilyara Kaipova
Fidan Əbilova
Fidan Hümbətli
Fidan Nazimqızı
Günel Ravilova
Jalə Əzizova
Kafiyə Eyvazova
Lali Binyatova
Minira
Natela Qriqalaşvili
Nəzrin Məmmədova
Nigar Rəhmanova
Sabina Muxudinova
Səbinə Şıxlinskaya
Səidə Mirzəyeva
Sitara İbrahimbəyli
Surə Mədətova
Tamira İbrahim
Ülkər Əliyeva
Ülviyyə İman
Zarrin Sanvar
Tədbirlər
Yalnız dəvətlə.

Vörkşop - Öncədən qeydiyyatla
Vörkşop - Öncədən qeydiyyatla
Söhbət və “Tagveti - Gürcüstanda bir kənd” kitabının təqdimatı

Portfolio baxışı - Öncədən qeydiyyatla
Söhbət - Müasir Litva incəsənəti və incəsənət bazarı haqqında

Söhbət - Azərbaycanda müstəmləkə irsi və müasir incəsənət

Söhbət- Elan ediləcək
Panel müzakirəçiləri:
- Mansura Mammadaliyeva
- Tayyiba Heydarova
- Afsana Tahirova
Moderator: Ayna Moazzen

Söhbət - Özbək ikatının tarixi, simvolizmi və müasir sənəti