Sitara İbrahimbəyli
Ana, 2024 – Video – 00:26 dəq.
Sovet dönənimdə rus dili və mədəniyyəti Azərbaycanın fərqli aspektlərinə, gündəlik danışıq tərzinə də çox təsir etdi. İnsanlar, ələlxüsus şəhər sakinləri və gənc nəsil rus dilindən nəvaziş sözlərini götürüb evdəki ailə üzvlərinə müraciətdə istifadə etməyə başladılar. Bu kontekstdə “mama” sözü Azərbaycan dilindəki “Ana” sözünü əvəz etdi.
Rəssam “Ana” işində öz ailəsinin dörd nəsil nümayəndəsinin (Nənəsi, Anası, Özü və qızı ) uşaqlıq zamanı işlətdiyi ana sözünü nümayiş etdirir. İş hətta nəsillər ötdükcə, xarici faktorların təsiri altında söz dəyişsə belə, bu sözlə əlaqəli emosiyaları araşdırır. Yekunda iş dəyişməz məhəbbətə, gücə və vərəsəliyə şahidlik edir.