Lali Binyatova
Keçmişin pıçıltıları: Azərbaycanda ailənin sirləri, 2023
Azərbaycanda bu əhvalatları çox vaxt asta səslə danışırlar. Ailə sirləri, ümumiyyətlə, kölgədə gizlədilir.
Uşaqlıq illərindən yaddaşıma həkk olunmuş bir hadisəni yaxşı xatırlayıram. Anamın rəfiqələrindən biri başına gəlmiş hadisəni bölüşürdü: onun uşağını zorla əlindən alıb ərinin qohumuna vermişdilər. Səbəb isə o ailənin illərlə sonsuz olması idi. Bu, Azərbaycan ailələrinin formalaşması ilə bağlı məsələlərə toxunan fotolayihəmin başlanğıc nöqtəsi oldu.
Layihənin üzərində işləyərkən ətrafımdakılarla müzakirələr aparırdım, belə hadisələrin nadir olmadığı və bir çox ailədə baş verdiyini öyrənirdim. Azərbaycan cəmiyyətinin olduqca vacib, lakin gizlədilmiş tərəfi barədə səssizlik hökm sürür, bu haqda danışılmır.
Müsahibələr vasitəsilə bu təcrübənin arxasındakı səbəblər haqqında təəssürat yaradan nümunələr ortaya çıxmağa başladı. Məlum oldu ki, bioloji valideynlər əslində heç vaxt öz uşaqlarını vermək istəməyiblər; lakin onlar cəmiyyət və ailədən gələn təzyiqlərə boyun əymək məcburiyyətində qalıblar. Adət-ənənələr və ailədə böyüklərin verdiyi qərarlar bu ürəksızladıcı hadisələrin yaranmasında mühüm rol oynayıb. Layihəmi inkişaf etdirdikcə başqa bir maraqlı nüans məni heyrətləndirdi – Azərbaycan cəmiyyətində qan qohumluğu o dərəcədə fövqəladə əhəmiyyət daşıyır ki, uşaqsız ailələr uşaq evlərindən övlad götürməyə tərəddüd edir, bunu xoş qarşılamırlar.
Bu fotolayihədə Azərbaycan ailələrinin illərlə üstünü örtdüyü sirləri gün işığına çıxarır, cəmiyyətdə ailə həyatına dair mürəkkəb mövzuları, danışılmamış hekayələri müzakirə etməyə çalışıram.
Bu foto hekayə Fridrix Ebert Fondunun (FEF) Cənubi Qafqaz Regional Ofisi və Chai Khana Media-nın dəstəyi ilə hazırlanıb.