Ülviyyə İman

Bir oğlan da qismət olar inşallah, 2024 – Kətan üzərində yağlı boya; 150 x 200 sm

Azərbaycanda ailənin patriarxal quruluşuna görə oğlan uşağı sosial və iqtisadi cəhətdən qızlardan daha dəyərli hesab edilir. 2022-ci ildə Azərbaycan cinsi səbəblərdən selektiv uşaq saldırma üzrə dünyada birinci idi. Bir çox hallarda qaynana və ya digər ailə üzvləri qadını uşağın cinsinə görə aborta vadar ediblər.

Qız doğulandan sonra çox sayda qadınlar “Ümid edirik ki, növbəti uşaq oğlan olacaq” kəlməsini eşidirlər. Bu kəlməni çox hallarda qadınlar da deyir.

“Bir oğlan da qismət olar inşallah” işində rəssam mədəniyyətimizdə və gündəlik həyatımızda həkk olunmuş qadınsevməzlik dəyərlərini araşdırıb tənqid edir. Onun anlamağa çalışdığı odur ki, bir nəfər özü qadın olduğu halda qızdan imtina edib oğlan istəməyi necə normal hal kimi qəbul edir.

İşdə ailənin qızın doğulması xəbərinə olan reaksiyası göstərilir, qaynananın məyusluğu, atanın dərk etməsi, ananın yorğunluğu əks olunur. İş ictimai normaları qınayır və ölkəmizdəki gender bərabərsizliyinə diqqət çəkir.

Scroll to Top