Reqina Rzayeva

Çaşbaş, 2024 – Kətan üzərində yağlı boya; Diptix, 90 x 70 sm

Çaşbaş kompozisiya və parça qatlarının vasitəsilə qadının daxili halını əks etdirir. Keçmişdə rəngkarlıqda qadınlar antropomorfik idilər. Bu işlərdəsə, əksinə, rəssam diqqəti ikinci dərəcəli obyektlərin mühümlüyünə və onların öz sahiblərinin daxili hallarını açmaq imkanlarına çəkib. Burada topa atılmış paltarlar təlaş hisslərini izah edir. İşlər eyni zamanda rəssamın uşaqlıqdan tutduğu gündəlikdən ilhamlanıb. Çox zaman gündəliklər qadınlarla, onların yazdıqları məhrəm fikirlər və emosiyalarla əlaqələndirilir. Rəssam üçün bu yazı o zaman keçirdiyi təlaşın yazısıdır.

Scroll to Top