Nigar Zeynallı

Cinsiyyətsiz, 2024 – Kətan üzərində akril, qarışıq texnika; 30 x 30 sm
Bu əsəri yaratmağa məni sövq edən cəmiyyətimizdəki gender bərabərsizliyidir. Təəssüflər olsun ki, bu nə bu günün, nə də dünənin problemidir. Hələ qədim dövrlərdə ərəblər yeni doğulan qız uşaqlarını diri halda basdırırdılar, bu qadına şiddətin sadəcə nümunəsidir. Yəni əsrlər boyu qadın daima kişiyə nisbətdə aşağı rolda olub. Həmçinin Azərbaycanda da qadınlar həyatları boyu işsizlik, karyerada ayrıseçkilik, məişət zorakılığı, gender əsaslı ayrı-seçkilik halları ilə rastlaşmışıblar. Qadınlar öz əmək haqqlarının təyin edilməsində bərabərsizliyi, eləcə də iş yeri seçimində stereotip yanaşmaları hiss edə bilir, bununla yanaşı əksər hallarda iş və məişət qayğılarının “İkiqat yükünü” öz üzərilərinə götürməyə məcbur qalırlar. Öz işimdə bütün bunlara istinadən cinsiyyəti bəlli olmayan bir insan fiquru təsvir etmişəm. Yəni cinsiyyətindən asılı olmayaraq birinci növbədə hər kəs insandır, hamının hüquqları bərabərdir. Təsvirdə insan fiqurunun arxasında bərabər tarazlanmış tərəzi öz əksini tapır… Bu əsərimlə hamını bir-birlərini cinsiyyətinə görə yox, insan olduğu üçün dəyərləndirməyinə çağırıram.

Scroll to Top